...Deməli, sabah qış gəlib qapıya dirənənəndə Qərb ölkələri soyuqdan donub yenidən qaz almaq üçün Rusiyaya minnətçi düşəndə, Kreml də onlara deyəcək ki, “...könlü balıq istəyən...” yox, deyəsən bu düz olmadı axı. Gəlin, təzədən başlayaq.
Yenə də deməli,.. Avropa ölkələri Rusiyadan enerji təchizatını dayandırdıqdan sonra indi qaz çatışmazlığını kompensasiya edə bilmirlər (...hə, bax bu ayrı məsələ) Gərək ki, yadınızda olar, Rusiyaya qarşı sanksiyalar tətbiq edənə qədər Avropaya lazım olan qazın təxminən üçdə birini Rusiya Federasiyası verirdi. Bəli, dünənə qədər veridi...verirdi deyəndə ki, bir az düz çıxmır... satırdı. Amma indi Qərb ölkələri bu miqdarda yanacağa alternativ tapa bilmirlər. Ruslara görə, tapa bilməyəcəklər də... Bəs onda Qərbin halı necə olacaq..?
Hələliksə bu barədə, yenə də rusların dediyinə görə, bu dəfə “The Washington Post” nəşri “həyəcan təbili” çalıb.
SİA isə bu barədə “İzvestiya” portalının xəbərinə istinad edir.
Rus yazarları isə Amerika nəşrində yer alan məlum yazıya istinadən bildirirlər ki, Rusiya Federasiyasından qaz nəqli dayandırılacağı təqdirdə Avropa gələn qışda ciddi iqtisadi problemlərdən qaça bilməyəcək. Onlar aydınlaşdırıblar ki, bütün mümkün ssenarilərdə qarşıdakı 18 ay Avropa ölkələrinin əksər vətəndaşları üçün ağrılı dövr olacaq.
Yeri gəlmişkən məqalə müəllifləri bütün dünyada qiymət artımını da proqnozlaşdırıblar.
Məsələn, Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Edvard Çou vurğulayıb ki, heç kim bu qədər qısa müddətdə Rusiyadan daha çox mayeləşdirilmiş təbii qaz istehsal edə bilməz. Onun dediyinə görə, bununla bağlı bütün əks əsaslandırmalar “fantaziya”dan başqa bir şey deyil.
...Burada qeyd edim ki, ekspert bununla bağlı əminlik bildirsə də, amma and içib filan eləməyib.
“The Washington Post” nəşri həmçinin ekspert qiymətləndirmələrinə istinad edərək, Rusiya qazının tədarükünün dayandırılmasından ən çox Almaniya, İtaliya və Macarıstanın zərər çəkəcəklərini də bildirib. Niyə? Çünki bu gün İtaliyanın anbarında 35, Almaniyanın 33,5, Macarıstanın isə cəmi 19,4 faiz ehtiyat qazı var.
Necə deyərlər...”yandı qızın dədəsi...yox, yox, qaz olmayandan sonra nəynən yanacaq?”
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB