Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak Kiyevdə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşüb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, tərəflər Ukrayna-Rusiya müharibəsindəki vəziyyəti və təhlükəsizlik zəmanətlərini müzakirə ediblər.
Xüsusilə, Yermak Mariupol və Donetsk vilayətindəki mürəkkəb vəziyyət barədə məlumat verib.
Prezident Ofisinin rəhbəri həmçinin Ukrayna üçün effektiv beynəlxalq təhlükəsizlik təminatları sisteminin işlənib hazırlanmasının vacibliyini vurğulayıb.
“Ukrayna Türkiyənin onun tərəflərindən biri olmasında maraqlıdır”, – Yermak qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB