“Azovstal”dan təxliyə edilənlər Bezımyannı kəndinə gətiriliblər

“Azovstal”dan təxliyə edilənlər Bezımyannı kəndinə gətiriliblər

Bu gün Mariupoldakı “Azovstal” zavodunu tərk edən altı uşaq da daxil olmaqla 25 mülki şəxsdən ibarət qrup şəhərdən 30 kilometr aralıda yerləşən Bezymennoe kəndinə gətirilib.

SİA-nın əldə etdiyi məlumata görə,bu barədə “Moskovskiy komsomoles” nəşrinin hərbi-siyasi jurnalistika mərkəzinin eksperti Boris Rojinin Teleqram kanalına istinadən xəbər verir.

Deməli, qəzetin yazdığına görə, Bezymennoe kəndinə gətirilənlərin “Donetsk və Luqansk Xalq Respublikaları”na qarşı hərbi əməliyyatlarda iştirakları olub-olmadıqları yoxlanılır.

Qəzetin yazdığına görə, onlar yemək və tibbi xidmətlə təmin olunublar.

Xatırladaq ki, Mariupol uğrunda döyüşlər fevralın 25-də başlayıb. Döyüşlər zamanı şəhər mühasirəyə alınıb. Rusların dediyinə görə, hazırda yaşayış məntəqələrində ukraynalı hərbçilər yoxdur.

TASS-ın məlumatına görə, ötən həftə Ukrayna Silahlı Qüvvələrinin 36-cı dəniz piyada briqadasının 1300-dən çox əsgəri İliç zavodu yaxınlığında silahlarını yerə qoyub. Daha sonra ticarət limanı azad edilib, orada saxlanılan girovlar azad edilib(?).

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə