‘‘Rusiya ilə sülh danışıqlarının dayandırılması riskləri çox yüksəkdir’’

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə sülh danışıqlarının dayandırılması riskləri çox yüksəkdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində deyib.

Zelenski ölkəsinin Rusiya ilə danışıqlarına toxunaraq deyib: ‘‘Rusiya ilə sülh danışıqlarının dayandırılması riskləri çox yüksəkdir. Bu, Rusiya hərbçilərinin daxil olduğu әrazilәrdәki nəticələrlә bağlıdır’’.

İki ölkənin nümayəndə heyətlərinin müxtəlif səviyyələrdə onlayn qaydada görüşdüyünü ifadә edәn Volodimir Zelenski deyib:

"Biz tək aktyorun oynadığı siyasi tamaşada iştirak etmək istəmirik. Rusiya tərəfi əvvəlcə məhbus mübadiləsinin olacağını təsdiqləyir, lakin sonradan bu baş vermir".

Zelenski bu problemlərin həlli üçün iki liderin birbaşa görüşmәsinin vacibliyini vurğulayıb.

Kiyev bölgəsində yeni kütləvi məzarlıq tapıldığını deyən Zelenski indiyədək oxşar məzarlarda ümumilikdə 900 nəfərin tapıldığını bildirib.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə