"Bu, illər əvvəl, Putindən eşitdiklərimizin davamıdır”

...bu ölkələrin bloka qoşulması ona gətirib çıxaracaq ki, onların Rusiya ilə quru sərhədləri iki dəfə uzanacaq
"Bu, illər əvvəl, Putindən eşitdiklərimizin davamıdır”

Finlandiya prezidenti Sauli Niiniste “İlta-Sanomat” nəşrinə verdiyi müsahibəsində ölkəsinin NATO-ya daxil olmasının onun sərhədlərinin möhkəmləndirilməsi şəklində nəticələrə gətirib çıxaracağını bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İsveç və Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə, Rusiya Federasiyası özünün qərb sərhədlərini gücləndirmək üçün addımlar atacağını bildirmişdi. Onun sözlərinə görə, bu ölkələrin bloka qoşulması ona gətirib çıxaracaq ki, onların Rusiya ilə quru sərhədləri iki dəfə uzanacaq. Ona görə də həmən ölkələr bu sərhədləri gücləndirmək məcburiyyətində qalacaqlar.

Maraqlıdır ki, SİA-nın da məlumatına görə, nəşrin əməkdaşı təqribən bu səpkili çümlə ilə finlandiyalı prezidentə müraciət edərkən o, “...bu, illər əvvəl, o cümlədən prezident Putindən eşitdiklərimizin kifayət qədər ardıcıl davamıdır” cavabını verib.

Finlandiya prezidentinin sözlərinə görə, hadisələrin bu cür inkişafı halında Finlandiya Rusiyanın “bölgədə yeni bazalar, qoşunlar və silahlar qruplaşdırmağa və ya yaratmağa” başlaya biləcəyini görəcək. Dövlət başçısı həmçinin etiraf edib ki, Rusiya Baltikyanı regionda hərbi mövcudluğunu artırmağa başlaya bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə