Kabildә partlayış olub, ölәnlәr var

Kabildә partlayış olub, ölәnlәr var

Әfqanıstanın paytaxtı Kabildәki mәscidlәrin birindә cümә namazından sonra törәdilәn hücum nәticәsindә 10 mülki vәtәndaş hәlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, Taliban müvәqqәti hökumәtinin Kabildәki Polis İdarәsinin mәtbuat katibi Xalid Zadran hücumun Kabilin Seh Rahai Alauddin bölgәsindә törәdildiyini söylәyib.

Hücum nәticәsindә 10 nәfәrin hәyatını itirdiyini ifadә edәn Zadran 30 nәfәrin dә yaralandığını bildirib.

Şahidlәr hücum nәticәsindә 10-dan çox adamın öldüyünü irәli sürüb.

Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə