Ukraynada hava hücumu zamanı Qırmızı Xaçın ofisi zədələnib

Ukraynada hava hücumu zamanı Qırmızı Xaçın ofisi zədələnib

Ukraynanın Donetsk vilayətinin Dobropolye şəhərinə hava zərbəsi nəticəsində Qırmızı Xaçın ofisi zədələnib.

SİA APA-ya istinadən xəbər verir ki, bombardman zamanı 6 yaşayış binasına da ciddi ziyan dəyib.

Qırmızı Xaçın Tvitter səhifəsində yaydığı məlumatda göstərilir ki, fevralın 24-dən təşkilatın Ukraynadakı 8 ofisinə zərər dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə