“Döymə taxta qapımı, döyərəm dəmir qapını...”

“Döymə taxta qapımı, döyərəm dəmir qapını...”

Rus saytlarının yazdığına görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Rılski rayonundakı Krupets keçid məntəqəsini atəşə tutub, tələfat və dağıntı yoxdur...

SİA xəbər verir ki,bu barədə vilayət qubernatoru Roman Starovoit “Telegram”da bildirib.

Qubernatorun dediyinə görə, bu gün, aprelin 30-da saat 15:30 radələrində Rılski rayonundakı Krupets keçid məntəqəsinə Ukrayna ərazisindən bir neçə minaatan mərmisi atılıb. Atışma məntəqəsi sərhədçilərin və hərbçilərin cavab atəşi ilə qısa müddətdə susdurulub. Tələfat, xəsarət alan və dağıntı yoxdur. (...belə görünür ki, hələlik yoxdur)

…Deyirəm, “döymə taxta qapımı döyərəm dəmir qapını” deyiminin nə yeridi…

...Yenə də qubernatorun dediyinə görə, atəş minaatandan həyata keçirilib. Hadisə səhər saat səkkizdə Ukrayna ilə həmsərhəd Krupets kəndində baş verib.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində yerləşən obyektlərə “edilən hücumlara” münasibət bildirmişdi. Bununla yanaşı o, bütün bu kimi hallar haqqında məlumatların müdafiə naziri Sergey Şoyquya təqdim edildiyini də əlavə etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə