...Maraqlıdır, bunlar deyirlərsə, bizim heç kimin torpağında “gözümüz yoxdur”, onda niyə zəbt elədikləri Ukrayna torpaqlarında, ilk olaraq, özlərinin valyutası olan rublu dövriyyəyə buraxırlar? Budur, dünən Xerson, bu gün Enerqodar... Belə görünür ki, imkan edəcəkləri təqdirdə, davamını da gətirəcəklər.
Deyim ki, Enerqoda Zaporojye vilayətinin şimal-qərb hissəsində yerləşən kiçik bir şəhərdir. Əhalisi də gərək ki, 50 və ya 55 min ola ya olmaya. Ruslar bu şəhəri gərək ki, martın ortalarında ələ keçiriblər. Onu da deyim ki, şəhərdə ruslar ukraynalılarla müqayisədə elə də çoxluq təşkil etmirlər. ...Kimə deyəsən? Amma, yenə də maraqlıdır, bunlar zəbt elədikləri Ukrayna ərazilərində öz valyutalarını dövriyyəyə buraxmaqda məqsədləri nədir?
Deyim ki, bununla belə hələ əməllərini təlqin də edirlər.
Budur, ruslar yazırlar ki, “yerlilər, yəni Enerqoda əhli bunu guya çoxdan gözləyirmişlər”. Onu da yazırlar ki, bu dəqiqə şəhərdə yaşayış qaydasına düşüb, yəni “bolluqdur”. Təzə mağazalar da açılıb, burada Krımdan, Belarusdan və hətta Rusiya Federasiyasından gətirilib vitrinlərə qoyulan kolbasa, sosis məlumatları göz oxşayır. Hə, indi nə olsun ki, şəhərdə dünənə qədər Ukrayna qrivnası işləyib. İndi bu mağazalarda daha qrivna keçmir. Rus rublu varsa, buyur al, bizim o Davud kişinin dediyi kimi... vur bədənə.
Amma rus saytları bir şeyə “təəssüflənirlər”...Nəyə? Təbii ki, alıcı azlığına...
Məsələ bundadır ki, ruslar, onların şəhərdəki əlaltıları nə qədər cəhd etsələr də, yerli sakinlər, ukraynalılar qrivnanı rus rublu ilə əvəzləmək istəmirlər. Detim ki, bunu artıq Ukrayna saytları yazır.
Yeri gəlmişkən, qeyd edək ki, ruslar mayın 1-dən etibarən Zaporojye vilayətinin digər bir şəhərində, Melitopolda da rublu dövriyyəyə buraxmaq niyyətindədirlər. Deyilənə görə, hələ indidən yerli əhalinin müqavimətini görən ruslar yerli bank sisteminin keçmiş işçilərini Rostov-na-Donuda təlimlərə göndərərək bu “prosesə” cəlb etməyə hazırlaşırlar (...deyim ki, satqın hər yerdə var).
...Və yadımdaykən onu da diqqətinizə çatdırım ki, deyilənə görə, ruslar daha əməli işə keçməyə başlayıblar. Belə ki, onlar ələ keçirilən Ukraynanın “Oşadbank” əsasında Rusiyanın “Sberbank”ını açmaq istəyirlər (...Siz Allah, həyasızlığın bir dərəcəsinə baxın ey...).
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB