BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

BMT Ukraynada ölәn mülki vәtәndaşların sayını açıqlayıb

Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn Ukraynada azı 2 899 mülki vәtәndaş hәyatını itirib, 3 235 mülki vәtәndaş yaralanıb, 5 milyon 429 min 739 qaçqın da qonşu ölkәlәrә köçüb.

SİA xəbər verir ki, Birlәşmiş Millәtlәr Tәşkilatının Qaçqınlar üzrә Ali Komissarlığı Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə etdiyi məlumatları paylaşıb.

Açıqlamada 24 fevral-28 aprel tarixləri arasında 5 milyon 429 min 739 qaçqının Ukraynadan qonşu ölkələrə köçdüyü bildirilib.

Açıqlamada Polşaya 2 milyon 992 min 575, Moldovaya 441 min 437, Rumıniyaya 810 min 21, Macarıstana 513 min 848, Slovakiyaya 367 min 904, Belarusa 25 min 2 qaçqının getdiyi bildirilib.

Bu rəqəmlərə əlavə olaraq 21-23 fevral tarixlərində Donetsk və Luqansk bölgәlәrindәn 105 min qaçqının Rusiyaya keçdiyi qeyd edilib.

Ukraynada 7,7 milyon insanın münaqişələr səbəbindən məcburi köçkünә çevrildiyi bildirilib.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatına tabe olan Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bәyanat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə