Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə Tbilisidə ölkənin müsəlman icması üçün torpaq sahəsi ayrılıb. SİA xəbər verir ki, o, bu barədə müsəlman icmasının şərəfinə təşkil olunan iftar məclisində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, həmin sahədə Gürcüstan Müsəlmanları İdarəsi üçün mərkəzi ofis inşa olunacaq.
Baş nazir indiyədək ümumilikdə 200-ə yaxın məscidin müsəlman icmasına təhvil verildiyini, yaxın vaxtlarda daha 28 məscidin təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB