Bayden rus mütəxəssisləri ABŞ-a çağırır...

Amerika hakimiyyəti hesab edir ki, Rusiyada bir dənə də olsun peşəkar qalmamalıdır
Bayden rus mütəxəssisləri ABŞ-a çağırır...

Amerika lideri Cozef Baydenin administrasiyası Rusiya prezidenti Vladimir Putini ABŞ-a köçmək istəyən aparıcı rus alimlərindən məhrum etməyi planlaşdırır. Belə ki, onlar üçün guya viza almaq şərtlərini dəyişmək istəyirlər. SİA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, hökumət Konqresə göndərdiyi son əlavə sorğuda prosedurun sadələşdirilməsi təklifini də daxil edib. Qanun qəbul olunarsa, magistratura və ya doktorantura təhsili almış ruslar sadələşdirilmiş sistemdən istifadə edə biləcəklər.

Bayden administrasiyası yarımkeçiricilər, kosmik texnologiya, kibertəhlükəsizlik, qabaqcıl istehsal, hesablama, nüvə mühəndisliyi, süni intellekt, raket hərəkəti texnologiyası sahəsində təcrübəsi olan rusların ABŞ-a köçürülməsini asanlaşdırmaq istəyir.

ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi qeyd edib ki, bu cür tədbirlər “qısa müddətdə Rusiyanın yüksək texnologiya resurslarını zəiflətmək və gələcəkdə ölkənin innovasiya bazasını sarsıtmaq” üçün nəzərdə tutulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə