...Yenə həmən dalğa, həmən “kordinat”...
Deməli, rusların “Ren TV” telekanalı xəbər verir ki, Ukraynanın “Azovstal” zavodunu mülki şəxs kimi tərk edən Natalya Savina rus hərbçilərin diqqətini cəlb edib. Yox, yox bu Savina deyil, bu “qrimlənmiş” məşhur ukraynalı snayper Yelena Belozerskayadır. Təcili həbs edilib, sorğuya çəkilməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, həbs edilən qadın əri və azyaşlı qızı ilə Rusiyada qadağan olunmuş “Azov” qruplaşmasının iki mindən çox yaraqlısının gizləndiyi zirzəmi ərazisini tərk etməyə qərar verənlərdən olub.
Məlum olub ki, Natalya və əri Mixail vaxtilə zavodun işçiləri olublar. Şəhərdə vəziyyət gərginləşəndə ər və arvad kiçik qızları ilə birgə zirzəmidə gizlənib, təxminən iki aya yaxın vaxt keçiriblər.
Amma sonda ailə “millətçilərin” hədə-qorxusuna baxmayaraq, təxliyə olunmaq istəyib.
Qeyd edık ki, rusların bütün şübhələrinə baxmayaraq, Natalya Savina Yelena Belozerskaya olmayıb. Sadəcə, onun oxşarı olub...
Amma qadının əri Mixailin üzərindən “nasist simvolları” aşkar edilib. Onun hələ 2012-ci illərdə çəkdirdiyi şəkillərdə “nasist formasında “poza verdiyi” də açıq-aydın görünür.
Deməli, vaxtilə “ataya görə, məsuliyyət daşımayan oğul” indi Rusiyada “ərinə görə, qadın məsuliyyət daşımır” formasında işlədilir deyə, “sərbəst” buraxılan qadının əri Mixail yerindəcə həbs edilib.
...Deyilənə görə,hazırda rusiyalı ekspertlər həmin şəxsin millətçi birləşmələrlə əlaqəsinin olub-olmadığını araşdırır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB