Qərb rusların qazpullarını oğurlayıb...

Qərb rusların qazpullarını oğurlayıb...

Qərb ölkələri Rusiya Federasiyasının 300 milyarddan çox dollarını oğurlayıb. SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün “Əl- Arabiya” telekanalına verdiyi müsahibəsində deyib.

"Bu vəziyyətdən əvvəl imzalanan müqavilələrdə ödənişlər dollar və avro ilə nəzərdə tutulub. Ödənişlər birbaşa "Qazprom"un hesablarına göndərilib və Qərb banklarında saxlanılıb. Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Qərb oğurluq edib. Bizdən 300 milyard dollardan çox, faktiki olaraq qaza görə ödədiklərini oğurlayıblar.Yəni dövr ərzində bizim qazımızdan pulsuz istifadə ediblər”, - deyə nazir bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiya Qərbin bu davranışını dayandırmaq üçün qazın ödənişini rubla köçürmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə