Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Sinxua” xəbər agentliyinə müsahibəsində dünyanın çoxdan inhisarçılıqdan çıxdığını bildirərək, Qərb ölkələrini geosiyasi reallıqlarla mümkün qədər tez barışmağa çağırıb.
SİA bu barədə “Lenta.ru” saytına istinad edir.
“Bu gün biz yeni Soyuq Müharibədən deyil, özünü “bəşəriyyətin taleyinin hakimi” kimi təsəvvür edən Vaşinqton və onun peyklərinin dünya nizamının Amerika mərkəzli modelini tətbiq etmək israrlı istəyindən gedir. İş o yerə çatıb ki, Qərb azlığı BMT mərkəzli arxitekturasını və İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq hüququ öz “qayda-qanunlara əsaslanan nizam”la əvəz etməyə çalışır”, - Rusiya XİN rəhbəri bildirib.
O, vurğulayıb ki, ABŞ-ın müttəfiqləri ilə birlikdə bütün dünyaya tətbiq etməyə çalışdığı qaydaları onlar özləri çıxarırlar. Lavrovun sözlərinə görə, Vaşinqton dünyanın çoxqütblü olduğunu tamamilə unudub. "Qərb yeni geosiyasi reallıqlarla nə qədər tez barışarsa, bu, özü və bütün beynəlxalq ictimaiyyət üçün bir o qədər yaxşı olar", - deyə Lavrov bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB