...Deməzdim,.. qələm düşmən əlindədir, amma...
Deməli, rus saytları bu gün guya ABŞ iqtisadiyyatında və ölkənin hərbi arsenalında vəziyyətin getdikcə pisləşdiyini yazır. Maraqlısı budur ki, rusların yazdığına görə, Amerikada hamı bunu görür, hiss edir, bircə Cozef Baydendən savayı.
Yenə də mən yox, ruslar yazır ki, “Fox News” telekanalının aparıcısı Taker Karlson belə ölkədə yaxınlaşmaqda olan təhlükəni görüb bəyan edir, amma ölkə prezidenti Cozef Bayden yenə də guya deyilənləri eşitməmək üçün kanalı dəyişir...
...Mən burada da qələmin düşmən əlində olduğunu demək istəmirəm.
Yenə də deməli telekanal aparıcısının istinad etdiyi Amerika nəşrlərinin məlumatlarına görə, Ukraynaya fəal şəkildə hərbi yardım göstərməsi Vaşinqtonun öz arsenallarında artıq problemlər yaşatmağa başlayıb. Yəni, qulaqlara qurğuşun, sabah əgər ABŞ-la bağlı hər hansı bir ciddi silahlı münaqişə baş verərsə, bu halda ABŞ-ın arsenalında olan-qalan silah- sursatlar ona kifayət etməyə bilər.
Qeyd edək ki, Karlson ABŞ prezidentinin Konqresdən Kiyevə əlavə 33 milyard dollar yardım istəməsini də qeyd edib. Teleaparıcının sözlərinə görə, bu məbləğ keçmiş prezident Donald Trampın Meksika ilə sərhəddə divar tikintisi üçün tələb etdiyi məbləğdən də xeyli çoxdur.
Maraqlıdır ki, rekord inflyasiya və ərzaq çatışmazlığı şəklində müdafiə və iqtisadi seqmentlə bağlı daha çox problemlərin yaşanmağa başladığı məqamda teleaparıcının etirafına görə onu narahat edən ölkə başçısının davranışlarıdır. Qeyd edək ki, telekanal Baydenin Rusiyadan olan oliqarxların əmlakını müsadirə etməyi planlaşdırdığını bildirən görüntüləri də nümayiş etdirib.
Beləliklə, Karlson belə hesab edir ki, Konstitusiyaya prezidentin fəaliyyət qabiliyyətini itirdiyinə görə vəzifəsindən kənarlaşdırılmasını nəzərdə tutan 25-ci düzəlişi xatırlamağın vaxtı çatıb.
Aparıcı ABŞ-ın indi son dərəcə təhlükəli anı yaşadığından və hökumətin özünü həqiqətən də ehtiyatsız aparmasından narahatlığını ifadə edib.
...Deyəsən, qələm düşmən əlindədir axı...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB