“Zaman keçdikcə, onlar da buna gələcəklər”

“Zaman keçdikcə, onlar da buna gələcəklər”

ABŞ Rusiya qazının alınmasına imkan verən sanksiyalarda “istənilən boşluqları” bağlamaq üçün Avropa İttifaqı ilə işləmək qərarına gəlib.

SİA “RİA Novosti”yə istinad edərək bunun Dövlət Departamenti tərəfindən bildirildiyini bəyan edir.

Beləliklə, Dövlət Departamentinin müşaviri Derek Çolletin sözlərinə görə, indi Rusiya üçün enerji resurslarına alternativ alıcılar tapmaq çətin olacaq: “Rusiyanın bu ölkəyə qazını tədarük etməyə imkan verən infrastrukturun olmadığını nəzərə alsaq, yaxın gələcəkdə Çin də yaxşı variant olmayacaq”. Bunu müşavir deyib.

Onun sözlərinə görə, bu gün bəzi Avropa ölkələri Rusiya enerjisindən imtina etməyə hazır olduqlarını açıq şəkildə bəyan ediblər: “ ...Amma bəziləri Rusiya enerjisindən imtina prosesinə başlamaq istəyinə təəccübləndilər, lakin mənim fikrimcə, zaman keçdikcə, onlar da buna gələcəklər”. Bunu da amerikalı müşavir deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə