Entoni Blinken ölkəsinin silah satışı ilə bağlı açıqlama verib

Entoni Blinken ölkəsinin silah satışı ilə bağlı açıqlama verib

ABŞ dövlət katibi Entoni Blinken Türkiyə və Hindistan kimi ölkələrə ABŞ-ın hərbi satış proseslərinin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinin lazım olduğunu söyləyib..

SİA xəbər verir ki, Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin büdcə iclasında ABŞ-ın xarici siyasətini qiymətləndirərkən ölkəsinin xarici ölkələrə silah satışı ilə bağlı açıqlamalar verib.

Blinken Cənubi Karolinadan millət vəkili vəzifəsini icra edən Co Vilsenın "Mənə görə, xarici hərbi satışlarımız lazımsız bürokratiya tərəfindən əngəllənir. Məsələn, Türkiyə və Hindistan kimi müttəfiqlərimizə kömək etmək və onlarla işləmək üçün bu bürokratiyanı necə keçə bilərik?" sualına cavab verib.

Dövlət katibi "Sizinlə razıyam, biz xarici satışlarla, xüsusən də təcili satışlarla daha yaxşı məşğul olmalıyıq. Düzünü desək bu, icra hakimiyyətinə aiddir, əlbəttə ki, Konqresə də. Bu ölkələrlə tərəfdaş olma nöqtəsində birgə mövqe ortaya qoysaq Rusiya ilə keçmişdən bəri müdafiə sahəsində əlaqəsi olan bir çox ölkə bu əlaqələrini yenidən gözdən keçirər" deyib.

ABŞ Dövlət Departamentinin bu yaxınlarda Konqresə göndərdiyi məktubda F-16-ların Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğu dəyərləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə