...Əslində, “düz də edir”. Budur, prezident Aleksandr Lukaşenko Qərbə təklif edir ki, əgər Avropa öz vətəndaşlarına doğrudan da “normal həyat” nümunəsi göstərmək istəyirsənsə, bu halda vizasız girişdən istifadə edərək onları Belarusa göndərsin.
SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Xatırladaq ki, aprelin 15-dən mayın 15-dək Litva və Latviya vətəndaşları üçün Belarusa vizasız girişə icazə verilir.
Beləliklə, Qomel vilayətinin Çeçerski rayonunun sakinləri ilə görüşdə Lukaşenko xatırladıb ki, sərhəd xüsusi olaraq katolik Pasxa bayramından əvvəl açılıb ki, insanlar “qohumlarının yanına, qəbirlərə gəlsinlər”.
Amma qonşu dövlətlərin rəhbərləri, Belarus Respublikasının prezidenti əmindir ki, öz vətəndaşlarını bayıra buraxmırlar ki, “insanlar belarusların normal yaşadığını deməsinlər”.
Respublikanın Qomel vilayətinin Çeçerski rayonunun sakinləri ilə görüşdə Lukaşenko xatırladıb ki, sərhəd xüsusi olaraq katolik Pasxa bayramından əvvəl açılıb ki, insanlar “qohumlarının yanına, qəbirlərə gəlsinlər”. Amma qonşu dövlətlərin rəhbərləri, Belarus Respublikasının prezidenti əmindir ki, öz vətəndaşlarını bayıra buraxmırlar ki, “insanlar belarusların normal yaşadığını deməsinlər”.
Diktatura ittihamlarına gəlincə,.. Aleksandr Lukaşenko hesab edir ki, bundan yalnız bir fayda var. “Allaha şükürlər olsun ki, bizdə diktatura var... Amma bu diktaturada nizam var. Əgər bizdə diktatura olmasaydı, bu halda adamlarımız lüt gəzərdilər” Bunu da Belarus prezidenti deyib.
“BelTA”-nın məlumatına görə, Belarus lideri bütün bunlarla yanaşı belarusları heç bir halda “müharibə olmasın” deyə öz dövlətlərini dəyərləndirməyə və qorumağa çağırıb.
“Görürsünüz ki, yaxında nə bəla var”-deyə o, Ukraynadakı yaşantıları nəzərdə tutaraq, həmyerlilərini “palçığa girməməyə” çağırıb.
Bundan əvvəl Belarus prezidenti respublikanın qonşu dövlətlərini “harmoniyada yaşamağa” səsləmşdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB