“Jasmin” qasırğasında ölənlərin sayı artıb

“Jasmin” qasırğasında ölənlərin sayı artıb

Madaqaskarda həyatı ifliç edən “Jasmin” qasırğası nəticəsində həyatını itirənlərin sayı artıb.

TRT xəbər verir ki, bu barədə Milli Risk və Fəlakət İdarəetmə Rəhbərliyindən məlumat yayılıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, qasırğanın təsirli olduğu ölkənin cənubunda ağır fəsat yaranıb. 5 ev dağılıb. 2 min 246 nəfərin zərər çəkdiyi təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb, 5 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə