Kabildə məsciddə partlayış olub, 50 nəfərə qədər insan ölüb

Türkiyә XİN Әfqanıstanda törәdilәn partlayışlarla bağlı bәyanat yayıb
Kabildə məsciddə partlayış olub, 50 nəfərə qədər insan ölüb

Əfqanstanın paytaxtı Kabildə məsciddə partlayış olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 50-dək insan ölüb.

Əfqanıstan mətbuatının verdiyi məlumata görə, partlayış Dar-ül-Aman küçəsi yaxınlığındakı Xəlifə Sahib məscidində namazdan sonra baş verib.

Taliban hərəkatının yaratdığı müvəqqəti hökumət partlayışı pisləyib.

Qeyd olunub ki, müqəddəs Ramazan ayında bu cür hadisənin baş verməsi yolverilməzdir.

=============

Türkiyә Әfqanıstanın Mәzar-ı Şәrif şәhәrindә törәdilәn partlayışlar nәticәsindә hәlak olanlar ilә әlaqәdar başsağlığı mesajı yayımlayıb.

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda deyilir: ‘‘Әfqanıstanın Mәzar-ı Şәrif şәhәrindә törәdilәn patlayış nәticәsindә çox sayda adamın hәlak olması vә yaralanması ilә bağlı xәbәr bizi kәdәrlәndirib.Әfqanıstanda son dövrdә artan qeyri-insani terror hücumlarını qәtiyyәtlә qınayırıq. Hücum nәticәsindә hәyatını itirәnlәrә rәhmәt, ailәlәrinә vә әfqan xalqına başsağlığı veririk, xәsarәt alanlara şәfa dilәyirik’’.

Qeyd edәk ki, Әfqanıstanın Mәzar-ı Şәrif şәhәrindә törәdilәn partlayışlar nәticәsindә 9 nәfәr hәyatını itirib, 13 nәfәr dә yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə