Lavrov Kiyevlə danışıqların uğursuzluğu səbəbini açıqlayıb

Lavrov Kiyevlə danışıqların uğursuzluğu səbəbini açıqlayıb

Rusiya-Ukrayna danışıqları Kiyevin uyğunsuzluğu ucbatından dalana dirənib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində deyib.

SİA bu barədə “rambler”ə istinad edir.

Lavrov xatırladıb ki, Rusiya tərəfi Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən təklif edilən kimi dərhal danışıqlara razılaşıb. “Mən inanıram ki, biz daim öz mövqelərini dəyişən Ukrayna nümayəndələrindən fərqli olaraq, bu danışıqları vicdanla apardıq”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

Onun sözlərinə görə, danışıqlar Kiyevin qeyri-ardıcıllığı nəticəsində “Vaşinqton, London və digər paytaxtlardan danışıqlar prosesini məcbur etməmək üçün aldıqları göstərişlərə görə” dalana dirənib.

Lavrovun dediyinə görə, Ukrayna hər dəfə oyun oynamaq istəyir, onun nümayəndələri “ardıcıl olmayan” və “vicdansız” danışıqlar aparırlar.

Nazirin sözlərinə görə, Ukrayna tərəfi əgər danışıqları vicdnla aparsaydı, Moskva və Kiyev “danışıqlar prosesində tədricən əhəmiyyətli irəliləyiş əldə edə bilərdi və Ukraynaya bir sıra ölkələrdən təhlükəsizlik zəmanəti verilərdi.

Yeri gəlmişkən, bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın sülh yolu ilə nizamlanmaya sadiq qaldığını və Ukrayna tərəfdən əlavə təkliflər gözlədiklərini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə