‘‘Pәncә Kilid’’ әmәliyyatı nәticәsindә 57 terrorçu zәrәrsizlәşdirilib

‘‘Pәncә Kilid’’ әmәliyyatı nәticәsindә 57 terrorçu zәrәrsizlәşdirilib

İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә Kilid’’ әmәliyyatı nәticәsindә indiyәnәdәk 57 terrorçu zәrәrsizlәşdirilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda ‘‘Pәncә Kilid’’ әmәliyyatının planlaşdırıldığı şәkildә davam etdiyi bildirilib.

Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn aprelin 17-dә başladılan әmәliyyat nәticәsindә indiyәnәdәk 57 terrorçu zәrәrsizlәşdirilib, 369 partlayıcı maddә mәhv edilib, 81 mağara vә sığınacaq әlә keçirilib. Әmәliyyat nәticәsindә hәmçinin çox sayda silah vә sursat da әlә keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə