Türkiyәnin XİN rәhbәri Panama prezidenti ilә görüşüb

Türkiyәnin XİN rәhbәri Panama prezidenti ilә görüşüb

Panamada sәfәrdә olan Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkәnin prezidenti Laurentino Kortizo ilə görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Mәlumata әsasәn, görüş prezident İqamәtgahında baş tutub.

"Panama prezidenti Laurentino Kortizo ilə görüşdük. İqtisadi vә ticari sahәlәr başda olmaqla әmәkdaşlığımızı hәr sahәdә inkişaf etdirəcəyik",-deyә Mövlud Çavuşoğlu qeyd edib.

Panama prezidenti Kortizo da Mövlud Çavuşoğlu ilә keçirdiyi görüşlә әlaqәdar rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәrәk deyib: ‘‘Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu Prezident İqamәtgahında qəbul etdim və xalqlarımızın rifahı naminə bizi birləşdirən əməkdaşlıq və qardaşlıq əlaqələrinin gücləndirilməsindən danışdım”.

Bütün xəbərlər Facebook səhifəmizdə