Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyənin Muş vilayəti ərazilərində 588 personalın iştirakı ilə "Eren Blokada-8 Şəhid Edam İnfaz Zabiti Cengiz Yiğit" əməliyyatı başlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, bölücü terror təşkilatı PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədə sığındıqları hesab edilən terrorçuları zərərsizləşdirmək məqsədilə Muş vilayəti ərazilərində "Eren Blokada-8 Şəhid Edam İnfaz Zabiti Cengiz Yiğit" əməliyyatına başlanılıb.

Muş Vilayət Jandarma Komandanlığının rəhbərliyi və nəzarətində həyata keçirilən əməliyyatda; Jandarma xüsusi əməliyyatları, polis xüsusi əməliyyatları, jandarma komandoları və mühafizə dəstələrindən ibarət 588 şəxsi heyət vəzifə yerinə yetirir.

Bildirilib ki, ölkədə terrorun tamamilə məhv edilməsi üçün həyata keçirilən “Eren Blokada” əməliyyatları xalqın dəstəyi, inam və qətiyyətlə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə