Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata әsasәn, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutacaq.
Mәlumatda deyilir: ‘‘Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü mayın 3-dә Vyanada baş tutacaq’’.
Qeyd edәk ki, Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər - yanvarın 14-də Moskvada və fevralın 24-də Vyanada.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB