Rusiya MN hərbi əməliyyatları ilə bağlı bəyanat verib

Rusiya MN hərbi əməliyyatları ilə bağlı bəyanat verib

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ərazisində 38 Ukrayna hərbi ünsürünü havadan atılan yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, İqor Konaşenkov Ukrayna müharibəsində Rusiya ordusunun əməliyyatları barədə məlumat verib.

Ukraynada hücumu davam etdirdiklərini ifadə edən Konaşenkov deyib:

“Rusiya Hərbi Hava Qüvvələri 38 Ukrayna hərbi ünsürünü havadan yüksək dəqiqlikli raketlərlə vurub. Aleksandrovka, Qusarovka, Dolqenkoye və Barvenkovo ​​yaşayış məntəqələrində Ukrayna millətçi birləşmələrinə məxsus 22 möhkəmləndirilmiş mövqe, hərbi texnika və qoşunların toplandığı 7 ərazi, 6 raket, artilleriya, sursat və yanacaq anbarları məhv edilib".

Konaşenkov bildirib ki, Rusiya hava döyüş taktiki bölmələri Ukraynanın 76 hərbi obyektini məhv edib, raket birləşmələri isə Ukraynanın “Toçka-U” raket kompleksini vurub.

Rusiya hava hücumundan müdafiə sistemlərinin Xarkov, Donetsk, Luqansk və Xerson bölgələrində 7 pilotsuz uçuş aparatını məhv etdiyini bildirən Konaşenkov Petropolye və Malaya Kamişevaha yaşayış məntəqələri yaxınlığında 3 ədəd Toçka-U ballistik raketinin vurulduğunu qeyd edib.

Konaşenkov indiyədək 142 təyyarə, 111 helikopter, 621 pilotsuz uçuş aparatı, 277 hava hücumundan müdafiə raket sistemi, 2 min 629 tank və zirehli texnika, 302 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 1154 haubitsa və minaatan, Ukraynaya məxsus 2445 hərbi texnikanın məhv edildiyini söyləyib.

Rusiya Müdafiə Nazirliyinin Milli Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev isə Kiyev administrasiyasının Rusiya ordusunun ayrı-seçkilik etmədən artilleriya zərbələri nəticəsində dinc sakinləri öldürdüyü iddiası ilə təxribat xarakterli materiallar hazırlamağa davam etdiyini irəli sürüb.

Donetskin liman şəhərində Ukrayna Silahlı Qüvvələrinin yaşayış məntəqələrini artilleriya atəşinə tutduğunu iddia edən Mizintsev ukraynalı və qərbli xəbər agentliklərindən jurnalistlərin dağıdılmış mülki infrastruktur obyektlərinin görüntülərini çəkdiklərini və bu materialların Rusiya ordusunun vəhşiliyi” kimi təqdim ediləcəyini iddia edib.

Bütün xəbərlər Facebook səhifəmizdə