Rusiya Polşa və Bolqarıstana enerji resurslarının ixracını dayandırdıqdan sonra Almaniya və Yunanıstan bu ölkələrə qaz tədarükünü artırmağa hazır olduqlarını bildiriblər
SİA xəbər verir ki, bu barədə "Financial Times" qəzeti Almaniya və Yunanıstanın qaz operatorlarının məlumatlarına istinadən məlumat yayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın “Qazprom” şirkəti Polşanın “PGNiG 27” və Bolqarıstanın “Bulgargaz” şirkətlərini qaz təchizatından məhrum edib. Səbəb isə bu ölkə şirkətlərinin Rusiyaya qazın pulunu rus rublu ilə vermək istəməyiblər.
Bu arada “Qazprom”un mətbuat xidməti qeyd edib ki, aprelin 26-da “Qazprom Export” Bolqarıstan və Polşa şirkətlərindən aprel ayı tədarükləri üçün Rusiya valyutası ilə ödənişlər almayıb. “Qazprom” nümayəndələri vurğulayıblar ki, ödəniş tələblərinin dəyişdirilməsi ilə bağlı şirkətləri vaxtında məlumatlandırıblar.
Bir daha xatırladaq ki, martın 31-də Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmana görə, “dost olmayan ölkələr” Rusiya qazının tədarük haqqını rublla ödəməlidirlər. Amma bəzi Avropa İttifaqı ölkələri bunu etmək niyyətində olmadıqlarını bildirdilər, çünki bu tələb sazişin şərtlərini pozur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB