İndoneziya palma yağının ixracını dayandırıb

İndoneziya palma yağının ixracını dayandırıb

İndoneziya aprelin 28-dən palma yağı və onun istehsalı üçün xammalın ixracını qadağan edəcək.

SİA-nın məlumatına görə, bunu “Splash” nəşri ölkə prezidenti Coko Vidodonun bəyanatına istinadən yayıb. Qərarın daxili kəsiri azaltmaq və qiymətləri aşağı salmaq məqsədi ilə verildiyi bildirilir.

“Ölkənin yeni siyasətinə uyğun olaraq palma yağının tədarükü dayandırılıb. Bu tədbir qeyri-müəyyən müddətə qüvvədə olduğundan bu marşrutlar üzrə yük daşımalarına təsir göstərə bilər. Palma yağının qiymətinin bu həftə yüksələcəyi gözlənilir, çünki İndoneziya qlobal ixracatın demək olar ki, yarısını təşkil edir”.
Bunu isə Sinqapurun “Eastport Maritime” nəşri yazıb.

“Splash” nəşrinə görə, İndoneziya 2021-ci ildə Hindistana 6,9, Çinə 4,2, Avropaya isə 2,9 milyon ton daxil olmaqla 26 milyon ton palma yağı ixrac edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə