Moldova Rusiyadan qaz nəqlini dayandırmağa hazırlaşır.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu “Rlive” telekanalında bildirib.
Sandu deyib ki, hökumət qazsız qalmaq riskindən xilas olmaq istəyir.
“Əsas məsələ yanacağın qiymətidir, çünki regiondakı vəziyyətlə əlaqədar xeyli bahalaşıb. Əgər “Qazprom” tədarükünü dayandırsa, o zaman bizim Rumıniyadakı anbarlarda ehtiyatlarımız var. Üstəlik, qazın bir hissəsini bazardan ala bilərik, lakin qiymət çox yüksəkdir”, – Sandu əlavə edib.
Moldova lideri qeyd edib ki, artıq mayın 1-dən qaz təchizatı dayandırıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB