Trafalqar meydanı yaşıl rəngə bürünüb

Trafalqar meydanı yaşıl rəngə bürünüb

Trafalqar meydanı yaşıl rəngə bürünüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Londonda təbii həyat və canlı təbiətin mühafizəsi kampaniyası çərçivəsində maraqlı tədbir keçirilib.

İqlim dəyişikliyi ilə mübarizədə əhalinin maarifləndirilməsi məqsədi daşıyan tədbirin ünvanı Londondakı məşhur Trafalqar meydanı olub. Kampaniya çərçivəsində Trafalqar meydanında altı mindən çox gül və bitki əkilib. Meydan təbii həyatı və canlı təbiəti qorumaq üçün yaşıllaşdırılaraq tamamilə fərqli bir sima alıb. Layihə direktoru Karina Oqorman yaşıl kampaniya ilə iqlim böhranına diqqət çəkmək istədiklərini söyləyib: “Adətən bura Londonun ən boz ərazilərindən biridir. Biz bura yaşıllıq gətirməklə iqlim böhranına diqqət çəkmək istədik. Xüsusilə, karbon emissiyalarını necə azalda biləcəyimizə nəzər yetirmək istəyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə