Təbii ki, iradlar da olmalıdır. Amma Ukraynanı “mühakimə” obyekti kimi, təqdim edib, bu ölkəyə yardım əlini uzadanları ittiham etmək nə dərəcədə doğrudur? Nə bilmək olar, amma etiraf edilməlidir ki, onlar da öz arqumentlərində haradasa haqlıdırlar...
Beləliklə, Avropa Xarici Əlaqələr Şurasının Şimali Afrika və Yaxın Şərq Araşdırmaları Proqramının əməkdaşı Tarek Megerisi Qərbi Ukraynanı yeni Liviyaya çevirməkdə ittiham edib.
SİA-nın məlumatına görə, bu barədə “Foreign Policy” məlumat yayıb.
Deməli proqram əməkdaşının sözlərinə görə, Qərb ölkələri Kiyevə böyük miqdarda silah göndərməklə, burada Liviya və Suriyanın aqibətini yaşaya bilən yeni nəzarətsiz qaynar nöqtə əldə etmək riski daşıyırlar. O qeyd edib ki, Ukrayna artıq qeyri-qanuni silah alverinə yaxalansa da, amma bu ölkə özü də Qərbin romantik imicinə heyran olub.
Meqerisi əlavə edib ki, Ukrayna və Moldova 2019-cu ildə Suriyada ikinci vətəndaş müharibəsi zamanı Türkiyə və BƏƏ də daxil olmaqla, hər iki tərəfə böyük miqdarda silah tədarükünü təmin edən mühüm vasitəçilər kimi meydana çıxıb. O, bunun BMT-nin tətbiq etdiyi silah embarqosunun birbaşa pozulduğunu da diqqətə çatdırıb.
Mütəxəssis hesab edir ki, Kiyevin aldığı yüksək dəqiqlikli silahlar ümumiyyətlə ukraynalıların əlində olmaya da bilər. Yəni Ukraynaya ərməğan olunan “Javelin” və “Stinger” komplekslərini kimi silahlar terror qruplaşmalarının əlinə də keçə bilər.
Megerisiyə görə, burada digər böhran faktoru münaqişə zonasına gələn çoxlu sayda əcnəbi muzdlu əsgərlərlə bağlıdır. O hesab edir ki, onların bir çoxu millətçi münasibətdən enerji alır və onların sonradan ABŞ və Avropaya qayıdışı bu ərazilərdə artan böhranı daha da gücləndirə bilər.
Megerisinin fikrincə, bu amillər, eləcə də ABŞ və Avropa ölkələrinin hakimiyyət orqanlarının Ukraynaya hərbi yardımı ləngitmək istəməməsi uzunmüddətli böhrana səbəb ola bilər.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya “Sezar” özüyeriyən silahlar göndərəcəyini vəd etmişdi. Bu günlərdə Fransa mətbuatı artıq bir neçə günə ağır artilleriya və sursatın Ukraynaya göndəriləcəyini yazıb.
Təbii ki, bu gün çoxları bunun son olmayacağını yaxşı anlayır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB