Kreml...danışıqlar üçün heç bir mövzu görmür

Kreml...danışıqlar üçün heç bir mövzu görmür

Kremlin sözçüsü Dmitri Peskov Mariupoldakı “Azovstal” zavodunun ərazisindən insanların təxliyəsi ilə bağlı danışıqların aparılması təklifini şərh edib. Onun sözlərinə görə, Kreml bu vəziyyətlə bağlı danışıqlar üçün heç bir mövzu görmür.

SİA-nın məlumatına görə, bu barədə TASS xəbər verir.

Peskov xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə mülki şəxslərin “Azovstal”ı tərk edə biməsi, hərbçilərin isə silahı yerə qoyub təslim ola bilmələri ilə bağlı əvvəllər də deyib.

“...Bu baş verəcəyi təqdirdə onlar canlarını xilas edəcək, bütün yaralı və xəstələrə isə tibbi yardım göstəriləcək” –deyən Peskov, bu halda danışıqların predmetinin nə ola biləcəyini sual kimi, qoyur.

Yenə də qeyd edək ki, bundan bir qədər əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski BMT-nin baş katibi Antonio Quterreşlə keçirdiyi mətbuat konfransında Ukraynanın Mariupoldakı “Azovstal” ərazisindən insanların təxliyəsi ilə bağlı təcili danışıqlara hazır olduğunu bildirmişdi. Onun sözlərinə görə, Kiyev BMT baş katibinin missiyasının bu hissəsinin effektiv olacağını gözləyir və buna hər cür töhfə verməyə hazırdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə