Bu arada Ukrayna baş nazirinin müavini İrina Vereşçuk prezident Vladimir Zelenski ilə BMT-nin baş katibi Antonio Quterreş arasında görüşdən sonra “Azovstal” zavodunun ərazisində qalan mülki əhalinin təxliyəsi üçün hazırlıqlara başlanıldığını bildirib.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“...Bizim Azovstaldan mülki insanları təxliyə edə biləcəyimizə ümid var. Prezident və komandasu bu istiqamətdə çox səy göstərir. Hazırda bu, əsas prioritetlərdən biridir. Biz humanitar əməliyyat planlaşdırmağa başlayırıq”, - deyə Vereşçuk bildirib.
Qeyd edək ki, bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşdüyü məlum olub.
Xatırladaq ki, aprelin 27-də BMT-nin humanitar məsələlər üzrə departamenti Rusiya və Ukrayna ilə əlaqə saxladığını və Mariupoldakı “Azovstal” zavodu ərazisindəki mülki əhalinin təxliyəsi üzrə əməliyyata hazırlıq üçün komanda yaratdığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB