Rusiya bildirişlərimizə cavab vermir

Rusiya bildirişlərimizə cavab vermir

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan bildirib ki, Rusiya Ukraynada iddia edilən hərbi cinayətlərlə bağlı bildirişlərə cavab verməyib.

SİA xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Fransa və Albaniyanın tələbilə Ukraynada törədilən cinayətləri müzakirə etmək üzrə “arria formula” kimi tanınan qeyri-rəsmi sessiyası keçirilib.

İclasda çıxış edən baş prokuror Kərim Xan bildirib ki, 43 ölkə Ukraynada müharibə cinayətləri ilə bağlı iddiaları Beynəlxalq Cinayət Məhkəməsinə göndərib.

"Rusiyaya 3 bildiriş göndərdim, amma cavab almadım. Bu barədəki cəhdlərimi davam etdirəcəyəm... Bizim həqiqətə çatmaqdan başqa heç bir gündəmimiz, siyasi planımız yoxdur", - dəyə o bildirib.

Qeyd edək ki, aprelin 1-də paytaxt Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, küçələri meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya hücuma keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə