Quterreş Borodyanka, Buça və İrpinə səfər edib

Quterreş Borodyanka, Buça və İrpinə səfər edib

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada nəzarətin bərpa olunduğu Borodyanka, Buça və İrpin şəhərlərinə səfər edib

SİA-nın əldə etdiyi məlumata görə, Quterreş Borodyankada müharibənin dağıtdığı məhəllələrdə tədqiqat apardıqdan sonra sonra verdiyi bəyanatda deyib:

"Ailəmi o uçuq-sökük və qaralmış evlərdən birində təsəvvür edirəm. Nəvələrimin təşviş içində qaçdığını görürəm. Bir ailə üzvü dünyasını dəyişib. 21-ci əsrdə müharibə cəfəngiyyatdır, müharibə vəhşilikdir. 21-ci əsrdə müharibə qəbuledilməzdir".

Quterreş Buçaya səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin prokurorlarının burada olmasından və baş verənlərin araşdırıldığından məmnun olduğunu bildirib.

Beynəlxalq Cinayət Məhkəməsinin işini dəstəklədiyini vurğulayan Quterreş Rusiyanı məhkəmə ilə əməkdaşlığa çağırıb.

Quterreş müharibə cinayətlərinə də toxunub:

“Unutmayaq ki, cinayətlərin ən pisi müharibənin özüdür”.

BMT Baş katibini ziyarət etdiyi İrpində isə deyib ki, mülkilər hər zaman ən ağır vəziyyvtlə qarşılaşır. Bu binalarda günahsız mülki insanlar yaşayırdı. Onlar heç vaxt iştirak etmədikləri müharibənin ən ağır cəriməsini ödədilər.

Xatırladaq ki, aprelin 1-də paytaxt Kiyev yaxınlığındakı Buça şəhərini Rusiya qoşunlarından azad edən Ukrayna ordusu binaları dağıdılmış, küçələri meyitlərlə dolu şəhərlə qarşılaşıb. Kiyev yaxınlığında azad edilmiş yaşayış məntəqələrində 410 mülki şəxsin cəsədi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə