Haitidә tayfalar yenə bir-birlərini qırırlar

Haitidә tayfalar yenə bir-birlərini qırırlar

Haitinin paytaxtı Port-o-Prinsdə aprelin 24-dәn etibarәn tayfalar arasında baş verən qarşıdurma nәticәsindә 20 nəfər ölüb, 24 nəfər yaralanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Haiti Mülki Müdafiə Agentliyi aprelin 24-də paytaxtın 4 rayonunda tayfalar arasında toqquşmaların başladığını açıqlayıb.

Agentlik toqquşmaların və ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edib. Siyasətçilər ictimai asayişi qorunması ilә әlaqәdar çağırış edib.

Toqquşmalar zamanı 12 ev yandırılıb, bölgədə minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

İyulun 7-də Haiti prezidenti Jovenel Moisenin öldürülməsindən sonra ölkədə tayfalar arasındakı toqquşmalar daha da artıb.

Qarşıdurmalar sәbәbindә Port-o-Prinsin 4 rayonundakı iş yerləri və məktəblər müvəqqəti olaraq fәaliyәtini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə