"Artıq Rusiyaya etibar etmək olmaz..."

"Artıq Rusiyaya etibar etmək olmaz..."

Almaniya Rusiyanı artıq etibarlı tərəfdaş hesab etmir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Hebestreyt bildirib.

Hökumət nümayəndəsi “Qazprom”un bağlanmış müqavilələrə zidd olaraq Polşa və Bolqarıstana qaz verməmək qərarına reaksiya verib.

Onun sözlərinə görə, Rusiyanın ayrı-ayrı ölkələrə qaz tədarükü ilə bağlı mövqeyi uzunmüddətli perspektivdə ona arxalanmağın mümkünsüzlüyünü təsdiqləyib.

Rəsmi Berlin müvafiq qərardan sonra Rusiya qazından asılılığı azaltmaq üçün səyləri gündəmə gətirib.

“Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır”, – hökumət sözçüsü əmin edib.

Almaniya Rusiya tərəfindən Ukraynaya qarşı müharibənin başlamasından sonra səkkiz həftə ərzində bu ölkədən idxal olunan neftin payını 12 faizə, qazın isə 35 faizə endirməyə nail olub. Ötən il Rusiyanın mavi yanacağı Almaniyanın ehtiyacının 55 faizini ödəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com