ABŞ hakimiyyəti əcnəbilərin müsadirə olunmuş aktivlərini dəstək üçün Ukraynaya göndərməyə icazə verən qanun qəbul edib.
SİA xəbər verir ki, barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının səsverməsi “C-SPAN” telekanalı tərəfindən də yayımlanıb. Belə ki, təşəbbüsün lehinə 417 nəfər səs verib. Səkkiz nəfər isə etiraz edib.
Beiəliklə, qanun layihəsinin mətnində qeyd edilir ki, ABŞ prezidenti Cozef Bayden “Amerika Birləşmiş Ştatlarının yurisdiksiyasında vəsaitləri qismən korrupsiya yolu ilə əldə edilmiş əcnəbilərin aktivlərinə həbs qoyulması və ələ keçirilməsi üçün konstitusiyada nəzərdə tutulmuş bütün addımları atmalıdır”.
Qeyd edək ki, bu korrupsiya, təbii ki, Rusiya hakimiyyəti ilə bağlı ola bilər. Bəli, istisna deyil ki, bəzi aktivlər Kremllə əməkdaşlıq nəticəsində sahibləri tərəfindən asanlıqla əldə edilə bilər.
Sənəddə vurğulanır ki, söhbət iki milyon dollardan artıq olan aktivlərdən gedir. Bunlara Rusiyanın enerji şirkətlərinə məxsus olanlar da daxildir. (...demişdim axı...) Müsadirə olunan vəsaitin Ukraynanın bərpasına, ölkəyə humanitar yardıma, habelə dövlət vətəndaşlarının xaricə köçməsinə köməklik göstərilməsi təklif edilir.
Maraqlıdır ki, aktivlərin bir hissəsini Moskvaya vermək də (...səxavətlə olmasa da) təklif olunur – bu ölkədə demokratiyanın inkişafı və insan hüquqları sahəsində proqramları həyata keçirmək üçün... Amma "məğrur bir xalqın" bunu qəbul edəcəyinə heç inanmaq istəmirəm.
...Nə deyəsən? Amma yeri gəlib deyə, gərək deyəsən: “oğrudan oğruya halaldır..?”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB