Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Nitsa-Matin” nəşri məlumat yayıb.
Belə ki, ölkənin cənubunda Kot d’Azurda Rusiyadan olan iş adamlarına məxsus olduğu iddia edilən üç mülkə həbs qoyulub. Mülklər Oleq Deripaska, Kirill Şamalov və Musa Bajayevə məxsusdur. Versal parkının surəti olan “Trianon” əmlakının “Rus Platinum”un direktorlar şurasının sədri Bajayevin olduğu deyilir.
O cümlədən, Sen-Trope yaxınlığındakı “Herkules” villası müsadirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB