...Rus qoşunlarının “ukraynalı millətçilərdən” azad etdiyi Xerson vilayəti mayın 1-dən artıq rubl zonasına keçir. Bu barədə cümə axşamı, aprelin 28-də vilayətin hərbi-mülki administrasiyasının sədr müavini, “Sülh və asayiş naminə”(?) Xerson vilayətini xilas etmək komitəsinin rəhbəri Kirill Stremousov yoldaş məlumat verib. Özü də necə...
SİA bu barədə rus saytlarına istinad edir.ı
“...Ay can, ay can...mayın 1-dən biz rubl zonasına keçirik”-deyən "sülh və asayiş keşikçisi" Kirill Stremousov “xersonluların elə çoxdan bu arzuda olduqlarını da gizlətməyib”. Daha sonra o Ukrayna milli valyutası olan qrivnanın buralardan “itib getməsi” üçün təxminən dörd ay lazım olacağını bildirib. Dörd aydan sonra isə Xeronda rus rublu “vur çatlasın, çal oynasın”a qoşulub şadyanalıq edəcək.
Bu arada rusların “RİA Novosti”si xəbər verir ki, artıq Rusiya hərbçiləri Ukraynanın cənubunda bütün Xerson vilayətinə nəzarəti ələ keçirib. İndi xersonlular neçə müddətdən bəri həsrətində olduqları “Rusiya televiziyalarına baxıb, Rusiya radiolarına qulaq asaraq" şellənə bilərlər.
...Daha bundan sonra bala-bala rus rublundan xərcləyib keyf eləmək olar. Ruslar buna öz dillərində necə deyirlər...”budem qulyat”...
...Yadımdaykən onu da deyim ki, Xersonun “süqutu zamanı” əsir düşən ukraynalı əsgərlər də yaman kövrəliblər. Xerson vilayətində yerləşən Alyoşki şəhərindəki xəstəxanada yatan yaralı Ukrayna əsgərləri arasında hətta ağlayıb göz yaşı tökənlər də olub.
...Amma rus saytlarının yazdığına görə, bu...Siz dediyiniz o göz yaşlarından olmayıb, sevinc göz yaşları olub.
...Sizsə hələ də, rusların sülhsevər olmadığını deyirsiniz.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB