Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Çinə xəbərdarlıq edib ki, əgər Rusiyaya qarşı sanksiyalara bənzər sanksiyalara məruz qalmaq istəmirsə, qaydalara əməl etməlidir.
SİA bu barədə “rambler”ə istinad edir.
“…Çin keçilməz deyil. Çinin yüksəlişinin qaçılmaz olduğunu desək,.. biz özümüz Çin üçün iş görürük. Əslində onun yüksəlişi qaçılmaz deyil. Ona görə də, qaydalara uyğun oynamasa, böyüməyə davam etməyəcək. Çin "G7" ilə ticarət etməlidir. Biz dünya iqtisadiyyatının təxminən yarısını təmsil edirik. ...Və biz seçim edə bilərik”.
Beləliklə biz britaniyalı nazirin dediklərini təhrifsiz filansız diqqətinizə çatdırırıq. Qeyd edək ki, Trass bu fikirləri Mansion Housedə Pasxa bayramı münasibətilə təşkil edilmiş ziyafətdə bəyan edib.
“Biz Rusiyaya beynəlxalq qaydalar pozulduğu zaman etməyə hazır olduğumuz seçimi göstərdik”. Nazir bunu da əlavə edib.
Maraqlıdır, görən Böyük Britaniya xarici işlər nazirinin belə “əsəb göstərməsinə” səbəb nədir.
Buyurun, Siz də baxın:
"....Beynəlxalq siyasətin istiqamətinin necə dəyişəcəyindən asılı olmayaraq, Çin qarşılıqlı maraqlar əsasında və insanların gələcəyi üçün Rusiya ilə strateji koordinyasiyanı gücləndirməyə, iki ölkənin birgə maraqlarını birgə qorumağa davam edəcək”.
Qeyd edim ki, bu fikirlər Çinin xarici işlər nazirinin müşaviri Le Yuçenga məxsusgur. Deyim ki, o hətta bir müddət bundan əvvəl dünyaya "meydan oxuyurmuş" kimi, "..nə olursa olsun, Rusiya ilə strateji əməkdaşlığımızı gücləndirəcəyik”-deyə bəyan etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB