Zelenski İndoneziyada keçiriləcək G20 Sammitinə dəvət edilib

Zelenski İndoneziyada keçiriləcək G20 Sammitinə dəvət edilib

Ukrayna prezidenti Volodimir Zelenski İndoneziyada keçiriləcək G20 Sammitinə dəvət aldığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski "Twitter" hesabından İndoneziya prezidenti Coko Vidodo ilə telefon danışığı apardığını bildirib.

Zelenski "İlk növbədə, ona BMT-dəki açıq mövqeyinə və (Ukraynanın) suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələsini müzakirə etdik. Onu G20 Sammitinə dəvət etdiyim üçün minnətdaram" deyib.

Dünyanın 20 ən böyük iqtisadiyyatından ibarət G20 qrupunun sammiti noyabr ayında İndoneziyanın Bali adasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə