“Qazprombank” Almaniya və Avstriya üçün bir neçə ödənişdən imtina edib. Qeyd edək ki, bu gün ruslar qazın satışından əldə edilən vəsaitin yığılmasını “Gazprom Marketing & Trading Ltd”-yə həvalə edib.
SİA-nın məlumatına görə, bu barədə“RİA Novosti” “Bloomberg”ə istinadən xəbər verib.
Beləliklə, “Qazprombank”, “Qazprom Marketing & Trading Ltd” ilə müqavilə əsasında Almaniya və Avstriyaya aprel və may aylarında qaz tədarükünün bəzi ödənişlərini ləğv edib.
Verilən məlumata görə, ləğv edilən ödəniş 2023-cü ilin sonuna qədər 7 teravatt-saat qazın tədarükü üçün ortamüddətli müqavilənin ödənilməsinə aiddir.
Xatırladaq ki, bir müddət bundan əvvəl Avstriya Rusiya qazının pulunu ödəmək üçün “Qazprombank”da hesab açmağı istisna etməmişdi.
Yeri gəlmişkən, Rusiya qazının pulunu rublla ödəməkdən imtina Polşa və Bolqarıstanın qazını ruslar artıq kəsib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB