Azərbaycanın Türkiyədəki Səfirliyi Spinal Musküler Atrofiya (SMA) xəstəsi olan uşaqlara yardım etmək üçün “Ankara Grand Mercure Hotel”də təşkil olunan
Ankara Gözəllik və Kosmetika Festivalına qatılıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Digər xarici ölkələrin Ankarada akkreditə olunan diplomatik korpusunun da iştirakı ilə keçirilən təqdimat və ənənəvi məhsul festivalında Azərbaycan stendi böyük maraqla qarşılanıb.
Səfirlikdən verilən məlumata görə, əldə olunan bütün vəsait SMA xəstəsi olan uşaqların müalicəsinə sərf olunacaq.
Qeyd edək ki, festivalın sürpriz qonaqları arasında Türkiyədə Corci adı ilə tanınan (əsl adı Yavuz Birsel) məşhur makiyaj ustası və əslən Azərbaycandan olan tanınmış kosmetoloq Şəms Arslan da olub. Vizajist Corcinin fərqli performansları və Şəms Arslanın təbii məhsullardan hazırladığı bənzərsiz tətbiqləri Ankara sakinlərinin böyük marağına səbəb olub.
Festivala gələnlərə peşə təhsili
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB