“Ukraynada görüləsi çox iş var"

“Ukraynada görüləsi çox iş var"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Mariano Qrossi Ukraynaya səfəri çərçivəsində Çernobılda olub. SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Regiondakı vəziyyətin və yenidənqurma işlərinin Ukrayna hakimiyyəti ilə birlikdə dəyərləndirmələrinin və Çernobıldakı vəziyyətin ukraynalılara və bütün dünyaya izah etmənin vacib olduğunu ifadə edən Qrossi Ukrayna hakimiyyəti ilə koordinasiya çərçivəsində bölgəyə müxtəlif texnikanın aparıldığını bildirib. O: “Gördüyünüz kimi, bu simvolik səfər deyil, biz işləyirik”. Qrossi 1986-cı ildə Çernobılda baş vermiş nüvə fəlakətinin oxşarının yenidən yaşanmasını ehtimal etməkdiklərini, mövcud vəziyyətin fərqli olduğunu vurğulayıb. Qeyd edib ki, bütün çətinliklərə baxmayaraq, səlahiyyətlilər işləri davam etdirirlər.

Qeyd edək ki, Qrossi müharibənin davam etdiyi Ukraynada nüvə təhlükəsizliyi və təhlükəsizliyinin təmin edilməsi və mümkün nüvə fəlakətinin qarşısının alınması məqsədilə danışıqlar aparmaq üçün ilk səfərini Ukraynaya martın 29-da edib və hər iki tərəflə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə