İsraildə Qələbə Gününün paradı ləğv edilib

9 May İsraildə qeyd olunub və həmişə də qeyd olunacaq...amma, deyəsən bundan sonra paradsız?
İsraildə Qələbə Gününün paradı ləğv edilib

İsraildə Qələbə Günü ilə bağlı ənənəvi parad ləğv edilib. Bu barədə İsrailin Aliyah və inteqrasiya naziri Pnina Tamano-Şata “Facebook” səhifəsində yazıb.

SİA bu barədə “rambler”ə istinad edir.

Nazirin sözlərinə görə, paradın ləğvi barədə qərar dünyada yaranmış "zərif vəziyyət"lə bağlıdır və İsrailin veteran təşkilatları ilə birgə qəbul edilib.

Amma buna baxmayaraq, Herzl dağında keçiriləcək ənənəvi mərasim yəhudi veteranlarının nasist Almaniyası üzərində qələbəyə töhfələrinə həsr olunacaq.

Yeri gəlmişkən aprelin 20-də İsrailin Moskvadakı səfiri Aleksandr Ben Tsvi İsraili 9 May Qələbə Gününü qeyd etməkdən heç vaxt imtina etməyəcəyini bildirmişdi.

Onun sözlərinə görə, bu heç vaxt olmayacaq. Qanunla müəyyən edilmiş bu rəsmi bayramımızdır. Onun sözlərinə görə, bu gün İsraildə yaşayan çoxlu veteran var ki, onlar qeyd etdikləri bu günü gözləyirlər. Bundan əlavə onlar üçün bu, çox emosional gündür.

Yəni 9 May İsraildə qeyd olunub və həmişə də qeyd olunacaq.

...Bəli, qeyd olunacaq, amma paradsız. Maraqlıdır, görən qarşıdakı illərdə necə olacaq?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə