Hindu festivalında yanğın, onlarla adam ölüb

Hindu festivalında yanğın, onlarla adam ölüb

Hindistanın cənubunda keçirilən hindu festivalında məbəd avtomobili kimi bəzədilmiş yük maşınlarından birinin elektrik ötürücü kabelə toxunması nəticəsində yanğın baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hindu tanrılarının təsvirlərini daşımaq üçün istifadə edilən yük maşını elektrik ötürücü kabelinə dəyib. Hadisə nəticəsində yanğın baş verib. 11 nəfər həyatını itirib.

Polis rəsmilərinin məlumatına görə hadisə Tamil Nadu əyalətinin Thanjavur şəhərində keçirilən festival çərçivəsindəki nümayişlər zamanı baş verib. Qəzada 3 nəfər də xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə