İtaliyanın enerji şirkəti olan “Eni” “Qazprombank”da rubl hesabları açmağa hazırlaşır. SİA-nın məlumatına görə, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu addım ehtiyat xarakterlidir. “Bloomberg” onu da xəbər verir ki, “”Eni”, hesablardan Rusiya qazını almaq üçün istifadə edib-etməməsi və hansı şərtlərlə istifadə edə biləcəyi ilə bağlı əlavə təlimat almaq üçün İtaliya hökuməti və Avropa hakimiyyətinə müraciət edib”.
Bununla yanaşı, agentlik “Eni” nümayəndələrinin şərh verməkdən imtina etdiyini də bildirib.
Qeyd edək ki, “Eni” Rusiyadan aldığı qazın pulunu indiyə qədər yalnız avro ilə ödəyib və indi hakimiyyətdən bu məsələ ilə bağlı daha çox aydınlıq istəyir.
Onu da bildirək ki, daha əvvəl “Eni”nin rəhbəri Klaudio Deskalzi şirkətin Rusiya qazının tədarükünü rublla ödəyə bilmədiyini bəyan etmişdi.
Yeri gəlmişkən bildirək ki, şirkət artıq martın əvvəlində Rusiyadan neft alışını dayandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB