Mənşəyi bilinməyən hepatit əsasən Avropa ölkələrində görünməkdədir
İngiltərədə ortaya çıxan və qısa müddətdə 12 ölkədə görünən mənşəyi məlum olmayan hepatit virusunun aşkarlandığı uşaqların sayı 190-a yüksəlib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) direktoru Andrea Ammon son həftələr artan hepatit halları ilə bağlı deyib: “Mənşəyi bilinməyən hepatit virusuna yoluxan uşaqların sayı dünya üzrə 190-a yüksəlib ki, bunun 140-ı Avropa ölkələrindədir. Yoluxma halları bir-biri ilə əlaqəli deyil, yəni beynəlxalq səyahətlərdən qaynaqlanmır.
Hepatit hallarının “Covid-19” və ya adenovirus ilə əlaqəsi olub-olmadığı aydınlaşdırılır.
ECDC aprelin 28-də bu məsələ ilə bağlı risk qiymətləndirməsi hesabatını paylaşacaq.
İlk dəfə 5 və 8 aprel tarixlərində İngiltərədə ortaya çıxan və aprelin 21-dən 11 ölkədə görünən hepatit virusu sonuncu dəfə ayın 26-da Yaponiyada bir uşaqda aşkarlanıb”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı aprelin 16-da verdiyi yazılı məlumatda İngiltərədə 74 uşaqda mənşəyi bilinməyən hepatit virusu aşkar edildyini açıqlamışdı. Aprelin 25-ində verilən məlumatda isə virusun 11 ölkəyə yayıldığı və ən azı 169 yoluxma halı qeyd olunduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB